• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib
20.09.2023 23:49
Sentyabrın 20-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
Telefon söhbəti zamanı regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Şarl Mişel regionda baş vermiş hadisələrdən narahatlığını ifadə edib.
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin dünən terror aktları törətdiklərini, nəticədə polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu bildirib, buna cavab olaraq Azərbaycanın lokal xarakterli antiterror tədbirləri görməli olduğunu qeyd edib.

Dövlət başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərksilah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək. Dövlət başçısı bildirib ki, bunu Azərbaycan öz daxili işləri kontekstində həyata keçirir.
Azərbaycan Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin əhəmiyyətinə toxunub, birtərəfli addımların atılmasının tamamilə əks effekt yarada biləcəyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, əldə edilmiş nəticələr Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların da irəli aparılmasına müsbət təsir göstərəcək.

Avropa İttifaqı Şurasının Prezidenti antiterror tədbirlərinin dayandırılmasını müsbət hal kimi qiymətləndirib, atəşkəs rejiminin təmin olunacağına ümidvarlığını ifadə edib. Şarl Mişel, həmçinin Yevlaxda keçiriləcək görüşü də müsbət dəyərləndirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Mahmud Abbası təbrik edib
Siyasət 11:23
Prezident Mahmud Abbası təbrik edib
Azərbaycan XİN Fələstini təbrik edib
Siyasət 11:14
Azərbaycan XİN Fələstini təbrik edib
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
Siyasət 22:28
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
Əli Əsədov AİB prezidenti ilə görüşüb
Siyasət 18:05
Əli Əsədov AİB prezidenti ilə görüşüb
Milli Məclis 3 gün büdcə layihəsini müzakirə edəcək
Siyasət 17:15
Milli Məclis 3 gün büdcə layihəsini müzakirə edəcək
Azərbaycan Rusiyaya nota verib
Siyasət 15:56
Azərbaycan Rusiyaya nota verib
Prezident fərman imzalayıb
Siyasət 15:37
Prezident fərman imzalayıb
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Siyasət 14:35
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə nəqliyyat xətlərinin təhlükəsizliyini müzakirə edib
Siyasət 14:14
Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə nəqliyyat xətlərinin təhlükəsizliyini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol