• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İrana gedir

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İrana gedir
03.10.2023 12:43
Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov çərşənbə axşamı axşam saatlarında Tehrana gedəcək.  Bu barədə İran mətbuatı məlumat paylaşıb. 
 
Bildirilib ki, Xələf Xələfovun İranda bir sıra yüksək rütbəli şəxslərlə görüşü gözlənilir. Həmçinin regionda baş verən son proseslər müzakirə olunması nəzərdə tutulub. 
 
İran mətbuatının yazdığına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 1-dən Tehrandadır. 
 
Rəsmi Bakı görüş barəsində hələlik açıqlama verməyib. 
 
Oktyabrın 2-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Chafi deyib ki, İran Azərbaycanın Tehrandakı səfirliyinin yenidən bərpa olunmasını müzakirə etməyi planlaşdırır. 
 
Oktyabrın 2-də Azərbycan televiziyası bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən Yasin Hüseynzadə barəsində İranln Ali Məhkəməsi tərəfindən edam hökmü çıxarılıb. 
 
Tehrandakı terror hadisəsindən sonra Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırılıb. 
 
Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
 
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin səbəbkarına ağır və şiddətli cəza veriləcək. 
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan MDB iclasında 2 bəyanatı imzalamaqdan imtina edib
Siyasət 09:13
Ermənistan MDB iclasında 2 bəyanatı imzalamaqdan imtina edib
Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib
Siyasət 13:17
Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib
ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib
Siyasət 12:01
ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib
Hindistan XİN İlham Əliyevin silahla bağlı açıqlamasına münasibət bildirib
Siyasət 16:41
Hindistan XİN İlham Əliyevin silahla bağlı açıqlamasına münasibət bildirib
Paşinyan məhkum edilmiş azərbaycanlılardan danışıb
Siyasət 15:49
Paşinyan məhkum edilmiş azərbaycanlılardan danışıb
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İrana gedir
Siyasət 12:43
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İrana gedir
Qazaxıstanda qar yağıb -FOTOLAR
Siyasət 20:58
Qazaxıstanda qar yağıb -FOTOLAR
Luis Bonu gələn həftə Qafqazın 3 ölkəsinə səfər edəcək - Dövlət Departamenti
Siyasət 10:10
Luis Bonu gələn həftə Qafqazın 3 ölkəsinə səfər edəcək - Dövlət Departamenti
Türkiyədə fövqəladə vəziyyət elan olunub
Siyasət 16:33
Türkiyədə fövqəladə vəziyyət elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol