• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Kanada XİN naziri - Azərbaycana qarşı mümkün saksiyalar müzakirə olunur

Kanada XİN naziri - Azərbaycana qarşı mümkün saksiyalar müzakirə olunur
25.10.2023 16:39
Azərbaycana qarşı mümkün sanksiyalar məsələsi gündəmdədir və müzakirə olunur. Bunu Kanadanın xarici işlər naziri  Melani Coli deyib. 

"Azərbaycana qarşı mümkün sanksiyalar məsələsi indi müzakirə olunur. Kanada Ermənistanın Cənubi Qafqazda "sülh və sabitliyin möhkəmləndirilməsi" üzrə səylərini yüksək qiymətləndirir. Hamımız razılaşırıq ki, daha çox iş görülməlidir. Kanada Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə "hörmət etməyə çağırır." Kanada Azərbaycanı "humanitar yardımların" Qarabağa keçirilməsi üçün "şəriat yaratmağa" səsləyir. Hesab edirik ki, Ermənistana qayıdan Qarabağdan olan ermənilərin hüquqları "müdafiə olunmalıdır"", - nazir Ermənistan Ararat Mirzoyanla birgə bəyanatında çıxışı zamanı bildirib. 
 
O bildirib ki, Kanada Qarabağdan gedən erməni vətəndaşlar üçün 3,9 milyon dollar "yardım" ayırıb. 
 
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Kanadanın Azərbaycana qarşı bu münasibəti Fransa ilə sıx yaxın olmaqları ilə bağlıdır. 
 
"İlk növbədə hesab edirəm ki, bu səbəb Fransa ilə bağlıdır. Çünki, Kanadanın Fransa ilə mürəkkəb münasibətləri var. Kanadanın böyük bir hissəsi Fransız dilində danışır. Ənənəvi əlaqələr mövcudur.  Fransa ənənəvi əlaqədən istifadə edərkən bir çox hallarda orda yaşayan Fransız dilli əhalisinin imkanlarından yararlanandan istifadə edir.", - keçmiş xin naziri bildirib. 
 
Zülfüqarov vurğulayıb ki, uzaq ölkələrin rəsmilərinin ehtiyac olmadığı halda bu cür çıxışları əhəmiyyətsizdir. 

"Artıq bir çox ölkələrin ənənəsi olub ki, onlar lazım olub-olmayan hallarda onlardan uzaq olan ölkələr haqqında zənn edirlər ki, orjinal fikirlər səsləndirirlər. Bunun məqsədi xarici-siyasi məqsəd deyil, əsas daxili-siyasi məqsəddir. Bu və digər qurum hakimiyyətə gələndən sonra onların seçkiləri arasında popilyarlıq qazanmaq üçün bu cür addımlar atırlar. Hesab edirəm ki, Azərbaycan həmişəki kimi prinsipial mövqeyini ortaya çıxarda bilər", - siyasi şərhçi əlavə edib. 

 
Bundan əvvəl Kanada müxalifəti və Avropa İttifaqının 60 deputatı Qarabağda baş verən son proseslərə görə Azərbaycanı ittiham edərək ölkəyə qarşı sanksiyaların qoyulmasını təklif edib. 
 
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır. 

Sentyabrın 28-də Qarabağda qondarma rejimin "prezidenti" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən separatçı rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları ilə bağlı öz qərarını vermək tapşırılıb. 
 
Gülnar Nazimqızı 
Aygün Mirakif 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək - Gevorq Papoyan
Siyasət 13:54
Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək - Gevorq Papoyan
Yaxın aylarda sülh müqaviləsi imzalana bilər - Paşinyan
Siyasət 12:37
Yaxın aylarda sülh müqaviləsi imzalana bilər - Paşinyan
Türkiyə XİN naziri - Münaqişə həll olmasa dünya müharibəsi başlayacaq
Siyasət 17:28
Türkiyə XİN naziri - Münaqişə həll olmasa dünya müharibəsi başlayacaq
Kanada XİN naziri - Azərbaycana qarşı mümkün saksiyalar müzakirə olunur
Siyasət 16:39
Kanada XİN naziri - Azərbaycana qarşı mümkün saksiyalar müzakirə olunur
Qoşulmama Hərəkatına Azərbaycan 4 ildir sədrlik edir - XİN
Siyasət 16:10
Qoşulmama Hərəkatına Azərbaycan 4 ildir sədrlik edir - XİN
İran Avropa İttifaqı və Britaniyaya sanksiya tətbiq edib
Siyasət 21:24
İran Avropa İttifaqı və Britaniyaya sanksiya tətbiq edib
Erməni səfir tvitterdə Blinkeni işarələyib dəstək istədi
Siyasət 15:36
Erməni səfir tvitterdə Blinkeni işarələyib dəstək istədi
Paşinyan sabah İrana gedəcək - Hansı məsələr müzakirə oluna bilər? - ŞƏRH
Siyasət 17:42
Paşinyan sabah İrana gedəcək - Hansı məsələr müzakirə oluna bilər? - ŞƏRH
Zabuxu tərk edən erməni ailələrin son görüntüləri - FOTOLAR
Siyasət 12:42
Zabuxu tərk edən erməni ailələrin son görüntüləri - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol