• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

İlham Əliyev BƏƏ Prezidentinə zəng edib

İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
27.10.2023 20:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələr müzakirə edilib, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında investisiyalar, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev ötən gün açılışı olan Qaradağ Günəş Elektrik Stansiyasının Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa olunmasının önəmini qeyd edib. Dövlətimizin başçısı 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasının regionda ən böyük günəş elektrik stansiyası olduğunu, Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası olduğunu vurğulayıb. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin və geniş tərkibdə nümayəndə heyətinin bu tədbirdə iştirakının ölkələrimiz arasındakı dostluğun və tərəfdaşlığın nümunəsi olduğunu qeyd edib.

Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini ölkəsinin BMT-nin İqlim Dəyişikliyi Konfransına – COP-28-ə ev sahibliyi etməsi münasibətilə təbrik edib, bunu Birləşmiş Ərəb Əmirliklərinin Davamlı İnkişaf Məqsədlərinə nail olunması və ətraf mühitin qorunması ilə bağlı qlobal səylərə töhfəsinin nümunəsi kimi dəyərləndirib.

Dövlət başçıları iki ölkə arasında, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Siyasət 09:38
Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
"AnewZ" telekanalı Ruben Vardanyan haqqında sənədli film çəkib - Video
Siyasət 20:03
"AnewZ" telekanalı Ruben Vardanyan haqqında sənədli film çəkib - Video
Азербайджан и Таиланд провели первые политические консультации в Бангкоке
Siyasət 17:43
Азербайджан и Таиланд провели первые политические консультации в Бангкоке
Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Siyasət 16:19
Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Siyasət 12:28
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi yaradılacaq
Siyasət 15:09
Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi yaradılacaq
Milli Məclisin növbəti iclası dekabrın 16-da keçiriləcək
Siyasət 14:59
Milli Məclisin növbəti iclası dekabrın 16-da keçiriləcək
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Siyasət 12:45
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir
Siyasət 12:16
Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol