• $
  • £

Peskov İrəvan və Bakını təmkinli olmağa çağırıb

Peskov İrəvan və Bakını təmkinli olmağa çağırıb
13.02.2024 14:40
Moskva İrəvan və Bakını vəziyyətin gərginləşməsi ilə bağlı təmkinli olmağa çağırır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 
 
"Biz hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi hər hansı hərəkətlərdən hər cür şəkildə çəkinməyə çağırırıq. Hər iki tərəfi çox diqqətlə izləyəcəyik və hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik", - Tacc agentliyi Peskova istinadan yazıb. 
 
Prezientin sözçüsü bildirib ki, bu cür addımlar sülh müqaviləsinin imzalanmasına müsbət təsir etməyəcək. 
 
Bir gün əvvəl Dövlət Sərhəd Xidmətinin əməkdaşı Zəngilan istiqamətində Ermənistan Silahı Qüvvələrinin atəşə tutması nəticəsində yaralanıb. Daha sonra hər iki ölkənin sərhəd bölgəsində vəziyyətin gərginləşməsi baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını təsdiq edib.  
 
2023-cü ilin payızında keçirilən antiterror əməliyyatından sonra bu Qarabağ regionunda tərəflər arasında yaşanan ilk gərginlikdir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib
Siyasət 19:00
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Siyasət 17:28
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
Siyasət 16:23
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Siyasət 12:15
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə regional təhlükəsizliyi müzakirə edib
Siyasət 11:00
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə regional təhlükəsizliyi müzakirə edib
Prezident həmkarını təbrik edib
Siyasət 11:45
Prezident həmkarını təbrik edib
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:15
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib

Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Siyasət 16:56
Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib
Siyasət 22:29
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol