Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunur
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Türkiyəyə səfəri davam edir.ANS PRESS-in məlumatına görə, həmsədr Twitter hesabında səfərlə bağlı fikirlərini bölüşüb: "Türkiyənin Dağlıq Qarabağ da daxil olmaqla regional münaqişələrə yanaşma tərzini öyrənmək maraqlı olardı. Biz Minsk qrupunun formatına sadiq qalacağıq". Qeyd edək ki, Ceyms Uorlik fevralın 17-dən Türkiyədə səfərdədir. Səfərdə məqsəd Ceyms Uorlikin dediyi kimi Türkiyənin regional münaqişələrə yanaşmasını öyrənməkdir. Xatırladaq ki, rəsmi Ankara dəfələrlə Dağlıq Qartabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazır olduğunu bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət
13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır