• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Ermənilər Azərbaycanla sərhədin demarkasiyasından razıdır

Ermənilər Azərbaycanla sərhədin demarkasiyasından razıdır
08.07.2024 18:21
Ermənistanın Tavuş rayonunun Kirants kəndinin sakinləri Azərbaycanla dəqiq sərhədin olmasından razıdırlar. Bunu jurnalistlərə  Ermənistanda hakim partiyadan olan deputat Narek Zeynalyan deyib.

"Əslində son 20-25 il ərzində görülməli olan təsvirolunmaz işlər görülür. Bu işlər vaxtında görülsə idi indi biz düşdüyümüz durumda olmazdıq.  Kirantsa getdik, kəndi gəzdik, bir neçə nəfərlə görüşdük və onlarla söhbət etdik.  Sakinlər öz işləri ilə məşğul idilər, tarlalarda idilər, heç bir şikayət, mənfi əhval-ruhiyyə və ya başqa neqativ emosiyalar yox idi. Sakinlər hər şeyi öz gözləri ilə görür, anlayırlar ki, küçə müxalifətinin dedikləri yalan və saxtakarlıqdır”, -  Zeynalyan əmin edib.

Onun sözlərinə görə, Kirants kəndinin sakinləri sərhədlərin müəyyən edilməsindən razıdırlar.
 
"Onlar sevinirlər ki, sərhəd artıq aydındır, onlar üçün məqbuldur ki, xəttin bu tərəfi Ermənistan, o biri tərəfi isə Ermənistan deyil. Gedin görün bizim sərhədimiz nədir. Nə nəzərdə tutulurdusa, tikilir, tikanlı məftillər, dirəklər var, yolun bu hissəsində divar hörüləcək”, -deputat bildirib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Siyasət 21:00
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Siyasət 19:39
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Azərbaycan Rusiyaya nota verib
Siyasət 18:25
Azərbaycan Rusiyaya nota verib
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Siyasət 18:14
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Siyasət 10:11
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Siyasət 18:00
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Siyasət 17:14
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Siyasət 15:56
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Siyasət 15:33
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol