• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

İlham Əliyev Pezeşkiana zəng edib

İlham Əliyev Pezeşkiana zəng edib
09.07.2024 20:22
İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlət başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib.Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə- Məktub
Siyasət 17:30
Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə- Məktub
Ceyhun Bayramov: Azərbaycan İranda sabitliyə önəm verir
Siyasət 15:43
Ceyhun Bayramov: Azərbaycan İranda sabitliyə önəm verir
Milli Məclis “Büdcə sistemi haqqında” qanuna yeni maddə əlavə edib
Siyasət 12:10
Milli Məclis “Büdcə sistemi haqqında” qanuna yeni maddə əlavə edib
Parlamentdə Böyük Qayıdışla bağlı ictimai dinləmə keçiriləcək
Siyasət 09:55
Parlamentdə Böyük Qayıdışla bağlı ictimai dinləmə keçiriləcək
Əliyev və Paşinyan Davosda bir araya gəldi
Siyasət 23:57
Əliyev və Paşinyan Davosda bir araya gəldi
İspaniyanın Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib
Siyasət 22:25
İspaniyanın Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib
Türkiyə prezidenti Ərdoğan İranın işlərinə müdaxilə ssenarilərini dəstəkləmədiklərini bildirib
Siyasət 21:36
Türkiyə prezidenti Ərdoğan İranın işlərinə müdaxilə ssenarilərini dəstəkləmədiklərini bildirib
Prezidentin sosial şəbəkə hesablarında İsveçrəyə səfərindən görüntülər paylaşılıb
Siyasət 20:14
Prezidentin sosial şəbəkə hesablarında İsveçrəyə səfərindən görüntülər paylaşılıb
Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşdü
Siyasət 18:55
Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol