Əhməd Əhmədzadə baş nazirin köməkçisi təyin edilib
![Əhməd Əhmədzadə baş nazirin köməkçisi təyin edilib Əhməd Əhmədzadə baş nazirin köməkçisi təyin edilib](https://anews.az/photo/850x500/2024-10/1728045952_1617362791_modern.az-02.04.2021-1617362149.jpg)
Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib. Bu barədə Qaynarinfo məlumat yayıb.
Belə ki, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib.
Bununla da, baş nazirin köməkçilərin sayı 3-ə (Əhməd Əhmədzadə, Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər