• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Yalçın Rəfiyev səlahiyyətli nümayəndə təyin olunub

Yalçın Rəfiyev səlahiyyətli nümayəndə təyin olunub
11.11.2024 21:46
Yalçın Rəfiyev COP29 prezidentinin COP30-a ev sahibliyi edəcək ölkənin seçilməsi üzrə səlahiyyətli nümayəndəsi təyin edilib.

Bu qərarı COP29-un açılışından sonra keçirilən plenar iclasda prezidenti Muxtar Babayev bildirib.

Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub.
 
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 16:32
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
İlham Əliyev WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini təsdiqləyib
Siyasət 15:13
İlham Əliyev WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini təsdiqləyib
Prezident nazirin iki müavini işdən azad edib
Siyasət 14:05
Prezident nazirin iki müavini işdən azad edib
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib
Siyasət 11:42
Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib
Prezident "AzerGold"un əməkdaşlarını təltif edib
Siyasət 11:33
Prezident "AzerGold"un əməkdaşlarını təltif edib
Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Siyasət 11:29
Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
İlham Əliyev İran nümayəndə heyətini qəbul edib
Siyasət 11:12
İlham Əliyev İran nümayəndə heyətini qəbul edib
Prezident Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 11:10
Prezident Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol