• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Azərbaycana 3 milyardlıq silah satışı başa çatdı

Azərbaycana 3 milyardlıq silah satışı başa çatdı
29.05.2020 04:19
Rusiya 3 milyard dollarlıq müqavilə çərçivəsində Azərbaycana döyüş helikopterlərinin tədarükünü başa çatdırıb.Oxu.Az  Lenta.Ru-ya istinadən xəbər verir ki, “Vertoleti Rossii” Holdinqi Azərbaycana yeni Mi-35M döyüş-nəqliyyat helikopterlərinin satışını tamamlayıb.Sonuncu maşınlar sifarişçiyə 2014-cü il yanvarın 21-də, Bakının hava limanında təqdim olunub. Ümumilikdə Azərbaycan bu ölkədən silahlanmada olan, NATO standartlarına uyğun modernləşdirilmiş Mİ-24G helikopterlərini tamamlayacaq 24 Mi-35M alıb.Agentlik qeyd edir ki, Azərbaycanın aldığı helikotperlər gecəgörmə sistemləri, IRTV-445MGH istilikgörmə sistemləri və özünümüdafiə qurğuları ilə təchiz olunub. Bundan başqa, Azərbaycan tank əleyhinə 9K114 “Şturm-V” raketləri, idarəolunmayan S-8 və S-24 raketləri, müvafiq olaraq 12,7 mm və 7,62 mm çaplı 9-A-629 və 9-A-622 pulemyotları və 30 millimetrlik 9-A-800 qumbaraatanları alıb.Döyüş-nəqliyyat helikopterlərinin tədarükü Azərbaycan və Rusiya arasında 2010-2011-ci illərdə imzalanmış müqavilələr çərçivəsində həyata keçirilib. Bu müqavilələrə əsasən, Azərbaycan hərbçiləri iki divizion S-300PMU-2 raket kompleksi, bir neçə “TOR-2ME” zenit-raket kompleksi batareyası, 60 çoxməqsədli Mi-17 və 24 Mİ-35 helikopterləri almalıdırlar. Müqavilənin dəyəri 3 milyard dollar qiymətləndirilir.Silah və hərbi texnika tədarükünün 2013-cü il iyunun ortalarından başladığı bildirilirdi. Belə ki, Azərbaycan o vaxtdan əsas döyüş tankları, piyadaların döyüş maşınları və artilleriya qurğuları alıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fuad Oktay Azərbaycana gəlib
Siyasət 23:11
Fuad Oktay Azərbaycana gəlib
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Siyasət 20:00
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 16:32
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
İlham Əliyev WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini təsdiqləyib
Siyasət 15:13
İlham Əliyev WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini təsdiqləyib
Prezident nazirin iki müavini işdən azad edib
Siyasət 14:05
Prezident nazirin iki müavini işdən azad edib
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib
Siyasət 11:42
Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib
Prezident "AzerGold"un əməkdaşlarını təltif edib
Siyasət 11:33
Prezident "AzerGold"un əməkdaşlarını təltif edib
Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Siyasət 11:29
Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol