• $
  • £

Azərbaycan və Rusiya adından yayılan məktubların arxasında kimlər dayanır? - Zaxarova

Azərbaycan və Rusiya adından yayılan məktubların arxasında kimlər dayanır? - Zaxarova
31.01.2025 16:17
Azərbaycan və Rusiya rəsmilərinin adından  yazılmış saxta məktubların arxasında Bakı və Moskva arasında uzun illər davam edən münasibətləri korlamaq istəyən qüvvələr dayanır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərin Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin adından yayılan saxta məktubla bağlı sualına cavab verərkən bildirib.

"Əgər "bu kimə sərfəlidir?" sualını versək, cavab açıq-aşkardır. Bu, Rusiya və Azərbaycanın normal münasibətlərinin olmasını istəməyənlərə sərfəlidir. Bu münasibətlər təkcə onilliklər ərzində deyil, uzun illər boyunca xalqların sülh və hörmət şəraitində birlikdə yaşaması ilə qurulub. Və ümid edirəm ki, bu birlik gələcəkdə də davam edəcək. Lakin bu birlik bəzi dairələri narahat edir. Kimlərin bu işin sifarişçisi olduğunu tam dəqiq söyləmək mümkün deyil, bunun üçün xüsusi araşdırma aparmaq lazımdır", – Zaxarova bildirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, təkcə Azərbaycan və Rusiya arasında deyil, ümumiyyətlə MDB ölkələri arasındakı əlaqələri pozmağa çalışanların arxasında Qərb dayanır.

"Bu sadəcə bir sifariş deyil. Onlar [Qərb] bunu açıq şəkildə edir, milyardlarla vəsait xərcləyir və istənilən təxribatdan, çirkin vasitələrdən istifadə edərək bizim geniş Avrasiya məkanımızı daim təzyiq altında saxlamağa çalışırlar", –  Zaxarova vurğulayıb.

Yanvarın ortalarında Rusiya xarici işlər naziri Sergey Lavrovun guya azərbaycanlı həmkarı Ceyhun Bayramova göndərdiyi məktubun surəti internetdə yayılıb.
Rusiya XİN bu məktubu "hiyləgər saxtakarlıq" adlandıraraq, onun reallıqla heç bir əlaqəsinin olmadığını bəyan edib. İngilis dilində yazılmış bu mətn guya Rusiyanın öz hava məkanından istifadə təhlükəsizliyinə zəmanət verə bilmədiyini iddia edirdi.

Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibinin adından yayılan saxta bəyanatda guya AZAL təyyarəsinin quşlarla toqquşması ilə bağlı ilkin araşdırmaların bu versiyanı təsdiqlədiyi iddia edilirdi.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Tokayevi təbrik edib
Siyasət 16:23
İlham Əliyev Tokayevi təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 10:41
Prezident sərəncam imzalayıb
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Siyasət 23:19
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol