• $ 1.7
  • € 1.9774
  • ₽ 0.021074
  • ₺ 0.0413
  • £ 2.2726

Yaz sesiyasının ilk iclası başlayıb

Yaz sesiyasının ilk iclası başlayıb
03.02.2025 10:59
Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək.

İclasın gündəliyinə 16 məsələ daxil edilib.

1. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı.


2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında.


3. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yaradılması haqqında. 


4. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə.


5. "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında  Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


6. "İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.


7. "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


8. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


9. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


11. "Kitabxana işi haqqında” və "Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).


12. "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).   


13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


14. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


15. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya XİN Aktaudakı qəza ilə bağlı açıqlama yayıb
Siyasət 21:28
Rusiya XİN Aktaudakı qəza ilə bağlı açıqlama yayıb
Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşüb
Siyasət 18:04
Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşüb
Prezident sərəncam imzalayıb
Siyasət 13:07
Prezident sərəncam imzalayıb
İlham Əliyevin Çinə səfəri başa çatıb
Siyasət 19:42
İlham Əliyevin Çinə səfəri başa çatıb
Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb
Siyasət 18:44
Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb
Əliyev San-Marino rəhbərlərini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:37
Əliyev San-Marino rəhbərlərini milli bayram münasibətilə təbrik edib
İlham Əliyev və Vladimir Putin əl tutub
Siyasət 09:09
İlham Əliyev və Vladimir Putin əl tutub
Prezident Çin səfərindən paylaşım edib - Video
Siyasət 21:15
Prezident Çin səfərindən paylaşım edib - Video
Dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına Laçın Hava Limanı əlavə edilib
Siyasət 16:46
Dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına Laçın Hava Limanı əlavə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol