• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub

Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
10.02.2025 14:39
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualına cavabında deyib.

O bildirib ki, Nikolay Valuyevin Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər tamamilə qəbuledilməzdir.

Deputatın Azərbaycan əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və ölkəyə girişinə qadağa qoyulub.

"Bu, Rusiya Dövlət Dumasının deputatlarının "arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Bundan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda "arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib",-məlumatda vurğulanıb.

Hacızadə diqqətə çatdırıb ki, Azərbaycana qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan "Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.


"Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq", - o qeyd edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Yenilənib
Siyasət 15:16
Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Yenilənib
XİN sülh müqaviləsi ilə bağlı son vəziyyəti açıqlayıb
Siyasət 17:20
XİN sülh müqaviləsi ilə bağlı son vəziyyəti açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol