Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib

Aprelin 9-da Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş baş tutub. Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən Haber Global yayıb.
Bu Suriyada münaqişəyə son qoyulmasına dair mexanizmin işlənməsi çərçivəsində ilk texniki görüş olub.
Məlumata görə, İsrail Suriyadakı hərbi bazaları hədəf alır və Türkiyəyə qarşı ittihamlar irəli sürür.
Türkiyə isə Suriyada İsraillə qarşıdurma istəmədiyini dəfələrlə bəyan edib.
Gülnar
Son xəbərlər
Daha çox 