2026-ci ilə qədər Ermənistanın sülh bağlaması real görünmür - Deputat

Ermənistanın 2026-ci ilə qədər sülh imzalaması mümkünsüz görünür. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
"Ermənistan bizi ittiham edir. Guya sülh istəyir. Amma bununla yanaşı silahlanır,sərhəddə istekamlar tikir və atəşkəsi davamlı pozur. Sülhdən danışan ölkə belə etmir. Mənə elə gəlir ki, bu cür davranışlarla Ermənistan 2026-ci ilə qədər sülh imzalamayacaq", - deputat bildirib.
Bir neçə gün öncə ölkə Prezidenti bildirib ki, sülh müqaviləsinin bağlanması üçün hazırda top Ermənistan tərəfdədir.
Hazırda iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqlar gedir.
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan tərəfi razılaşmayan və açıq qalan 2 məsələ ilə bağlı razılığa gəlib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 