Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib.
Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
O, Müqəddəs Taxt-Tacın Dövlət katibi, kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici işlər naziri, arxiyepiskop Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığını çatdırıb.
Son xəbərlər
Daha çox 