• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına səfər edib - Video

Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına səfər edib - Video
29.04.2025 18:05

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.Bu barədə FHN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığının Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin sədr müavini briqada generalı Hatem Odeh Al-Zoubi ilə görüşüb.

Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edən nazir Azərbaycan ilə İordaniya arasında uzun illərə söykənən, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri çərçivəsində ötən ilin noyabr ayında Bakıda uğurla keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İordaniya Haşimilər Krallığının yüksək səviyyədə təmsil olunmasını və sessiyada fəal iştirakını xatırladıb.

Nazir Azərbaycanda fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında münasibətlərin inkişaf perspektivlərindən söz açıb. Qeyd edib ki, xüsusilə qlobal iqlim dəyişikliyi fonunda təbii fəlakətlərin və texnogen qəzaların geniş vüsət aldığı müasir dünyada fövqəladə hallarla səmərəli mübarizə məqsədilə qarşılıqlı təcrübə mübadiləsi, ən qabaqcıl texnologiya və yanaşmaların mənimsənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə, Azərbaycan və İordaniyanın fövqəladə hallarla mübarizəyə məsul qurumları arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə İordaniya Haşimilər Krallığının Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin sədr müavini briqada generalı Hatem Odeh Al-Zoubi Azərbaycan və İordaniya arasında mövcud dostluq və sıx əməkdaşlıq münasibətləri çərçivəsində belə səfərlərin və keçirilən görüşlərin hər iki ölkənin fövqəladə halların idarə olunmasına cavabdeh qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayıb. O, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, İordaniyada təbii və texnogen fövqəladə hadisələrlə mübarizə sahəsində görülən işlərdən danışıb.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması mərasimi olub.

Daha sonra nazir Kəmaləddin Heydərov İordaniya Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov səfər çərçivəsində İordaniyanın daxili işlər naziri Mazen Əl-Faraya ilə görüşüb.

Görüşdə Azərbaycan və İordaniya dostluq münasibətləri çərçivəsində hər iki ölkənin uyğun qurumları arasında təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

Bundan əlavə, səfər çərçivəsində nazir Kəmaləddin Heydərov İordaniya İctimai Təhlükəsizlik Baş İdarəsinin Mülki Müdafiə İdarəsinin rəisi briqada generalı Mohammad Mahmud Al-Omari ilə görüşüb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin inkişaf perspektivləri, müxtəlif fövqəladə hallarla, o cümlədən meşə yanğınları və daşqınlarla mübarizə məsələləri, iordaniyalı gənclərin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil imkanları geniş müzakirə olunub, təqdimat edilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada bir neçə azərbaycanlı kriminal fiqur saxlanılıb
Siyasət 08:16
Rusiyada bir neçə azərbaycanlı kriminal fiqur saxlanılıb
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol