• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
13.05.2025 10:44

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Dövlət başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı.

PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və azərbaycanlıları da sevindirdiyini deyən Prezident bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.

Dövlət başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.

Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir
Siyasət 12:12
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
Siyasət 10:44
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
Prezident PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib
Siyasət 18:30
Prezident PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib
Nazirə yeni vəzifə verilib - Prezidentdən sərəncam
Texnologiya 16:29
Nazirə yeni vəzifə verilib - Prezidentdən sərəncam
Əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir
Siyasət 15:37
Əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 15:30
Prezidentdən yeni təyinat - Sərəncam
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
Siyasət 11:47
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
Bayramov Bəhreyn Krallığına rəsmi səfərə gedib
Siyasət 08:46
Bayramov Bəhreyn Krallığına rəsmi səfərə gedib
Hindistan Ermənistana 710 milyon dollarlıq silah göndərir
Siyasət 08:32
Hindistan Ermənistana 710 milyon dollarlıq silah göndərir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol