• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

Pakistanın Baş naziri Azərbaycana minnətdarlıq edib

Pakistanın Baş naziri Azərbaycana minnətdarlıq edib
14.05.2025 20:05

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edib.Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Görüşdə Baş nazir Pakistanla sarsılmaz həmrəylik və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Baş nazir əlavə edib ki, qardaş ölkə tərəfindən nümayiş etdirilən mövqe iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürüdür.

Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir gələcək dövrlərdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.

O, Pakistan-Azərbaycan münasibətlərinin inkişafından bəhs edərək, ikitərəfli əməkdaşlığın müsbət trayektoriyasından məmnunluğunu ifadə edib, Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın qardaşlıq əlaqələrini qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqləyib.

Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Prezident İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu
Siyasət 21:16
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu
Pakistanın Baş naziri Azərbaycana minnətdarlıq edib
Siyasət 20:05
Pakistanın Baş naziri Azərbaycana minnətdarlıq edib
Prezident Tural Piriyevi yenidən sədr seçib - Sərəncam
Siyasət 14:08
Prezident Tural Piriyevi yenidən sədr seçib - Sərəncam
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Siyasət 13:29
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
Siyasət 13:24
Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
Prezident Paraqvayın Prezidentini təbrik edib
Siyasət 11:20
Prezident Paraqvayın Prezidentini təbrik edib
Azərbaycana səfirin seçilməsi prosesi son mərhələdədir-İran XİN
Siyasət 10:43
Azərbaycana səfirin seçilməsi prosesi son mərhələdədir-İran XİN
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Siyasət 08:36
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 17:06
Prezidentdən yeni təyinat - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol