• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub-Yenilənib

Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub-Yenilənib
21.05.2025 16:00

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü il tarixində çıxarılmış ölüm hökmü 21 may 2025-ci il tarixində səhər saat 5-də icra olunub.

Edamın icra olunması prosesini Səfirliyimizin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.

Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.

"Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik.",- məlumatda qeyd olunub.

***

Azərbaycanın Tehrandakı səfirliyinə basqın edən şəxslə bağlı məhkəmə qərarı icra olunub. Bu barədə İSNA xəbər agnetliyi məlumat yayıb.

 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum təşkil olunub.

Terror  zamanı öldürülən Orxan Əsgərovun atası Rizvan Əsgərov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Tehranda keçirilən edam prosesində Azərbaycan Səfirliyinin iki əməkdaşı və ailə tərəfindən tutulmuş vəkil  iştirak edib.

Cinayət işi üzrə ölüm hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra hökm icra olunub.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan XİN Suriyaya başsağlığı verib
Siyasət 15:01
Azərbaycan XİN Suriyaya başsağlığı verib
Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyəti davam edir
Siyasət 14:50
Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyəti davam edir
İsrail soyqırım törətməkdə davam edir - Seyid Cəfər Ağayi
Siyasət 14:39
İsrail soyqırım törətməkdə davam edir - Seyid Cəfər Ağayi
İran XİN ABŞ-ın nüvə obyektlərinə hücumunu kəskin qınadı: BMT-yə təcili tədbir çağırışı
Siyasət 14:35
İran XİN ABŞ-ın nüvə obyektlərinə hücumunu kəskin qınadı: BMT-yə təcili tədbir çağırışı
Prezident İlham Əliyev Yevlaxa səfər edib
Siyasət 11:23
Prezident İlham Əliyev Yevlaxa səfər edib
XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Siyasət 16:06
XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
Siyasət 14:30
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə görüşüb - Yenilənib
Siyasət 20:54
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə görüşüb - Yenilənib
Hikmət Hacıyevdən Laçın səfəri ilə bağlı növbəti paylaşım - Video
Siyasət 19:45
Hikmət Hacıyevdən Laçın səfəri ilə bağlı növbəti paylaşım - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol