• $ 1.7
  • € 1.926
  • ₽ 0.021283
  • ₺ 0.0438
  • £ 2.2826

Bayramov fəaliyyəti başa çatan Misir səfiri ilə görüşüb

Bayramov fəaliyyəti başa çatan Misir səfiri ilə görüşüb
23.05.2025 18:59

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir səfiri Hişam Məhəmməd Nağını ölkədə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazir səfirin ölkədə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

.Bayramov tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan və Misir münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, D-8 kimi çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.

Görüşdə iki ölkənin liderlərinin 2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərə xüsusi təkan verdiyi qeyd olunub. Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizmlərinin intensivləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Misir səfiri Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Peter Mixalko Azərbaycanı təbrik edib
Siyasət 22:52
Peter Mixalko Azərbaycanı təbrik edib
Avropa liderləri Bakı və İrəvandaTOPLAŞACAQ
Siyasət 20:11
Avropa liderləri Bakı və İrəvandaTOPLAŞACAQ
Samir Nuriyev Ağdamda Qərargahın növbəti iclasın keçirib
Siyasət 19:11
Samir Nuriyev Ağdamda Qərargahın növbəti iclasın keçirib
Bayramov fəaliyyəti başa çatan Misir səfiri ilə görüşüb
Siyasət 18:59
Bayramov fəaliyyəti başa çatan Misir səfiri ilə görüşüb
Hikmət Mirzəyev ordu generalı ilə görüşüb
Siyasət 18:40
Hikmət Mirzəyev ordu generalı ilə görüşüb
Pakistanın baş naziri Azərbaycana gələcək
Siyasət 18:29
Pakistanın baş naziri Azərbaycana gələcək
İran Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 13:08
İran Prezidenti İlham Əliyevi təbrik edib
Prezidentin köməkçisi Aİ rəsmisi ilə görüşüb
Siyasət 07:38
Prezidentin köməkçisi Aİ rəsmisi ilə görüşüb
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb
Siyasət 22:55
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol