• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - Yenilənib

İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - Yenilənib
25.05.2025 11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.

Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlət başçısına çatdırıb.Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirib,xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirib.Onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş edib.

Dövlət başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirib.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olunub.

Ölkələr arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

10:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna müharibəni bu il başa çatdırmaq istəyir - Nazir
Siyasət 13:52
Ukrayna müharibəni bu il başa çatdırmaq istəyir - Nazir
Azərbaycan Ukraynanın bərpası üzrə konfransda iştirakını davam etdirəcək
Siyasət 13:25
Azərbaycan Ukraynanın bərpası üzrə konfransda iştirakını davam etdirəcək
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Siyasət 13:24
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Ceyhun Bayramov Andrey Sibiqa ilə görüşüb
Siyasət 11:50
Ceyhun Bayramov Andrey Sibiqa ilə görüşüb
İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - Yenilənib
Siyasət 11:40
İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - Yenilənib
Prezident Misir Senatının sədrini qəbul edib
Siyasət 10:55
Prezident Misir Senatının sədrini qəbul edib
Prezident İordaniyanın Kralına təbrik məktubu ünvanlayıb
Siyasət 10:30
Prezident İordaniyanın Kralına təbrik məktubu ünvanlayıb
Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 08:30
Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
Şahbaz Şərifin Azərbaycana səfəri müzakirə edilib
Siyasət 22:00
Şahbaz Şərifin Azərbaycana səfəri müzakirə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol