Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda bildirilir:
"Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan Qazılığının bərpa edilməsi barədə qərarı ilə bağlı 23 may 2025-ci ildə yaydığı bəyanatı qınayır. Sözügedən bəyanatında azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqe sərgiləyən Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasiləşmiş bir qurum olduğunu və əsl məqsədinin xalqlar arasında nifaqı dərinləşdirmək olduğunu bir daha sübut edir.
Erməni Apostol Kilsəsinin xalqlar arasında harmoniya, dinlərarası dialoq və sülhə töhfə vermək əvəzinə nifrət aşılaması, Qərbi azərbaycanlıların qayıdışına, onların dini etidaq azadlıqlarına, dini və mədəni irsinin bərpasına qarşı çıxması ciddi narahatlıq doğurur.
Qərbi Azərbaycan İcması dünya ictimaiyyətinə müraciət edərək, Erməni Apostol Kiləsinin irqi ayrı-seçkiliyə əsaslanan siyasiləşmiş addımlarını pisləməyə çağırır”.
Son xəbərlər
Daha çox 