• $ 1.7
  • € 1.94
  • ₽ 0.021375
  • ₺ 0.0436
  • £ 2.3093

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
27.05.2025 11:38

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. 

Təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu, əziz Qardaşım.

Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən müdrik daxili və

xarici siyasət nəticəsində Azərbaycan bütün sahələrdə əhəmiyyətli nailiyyətlərə imza atır, onun beynəlxalq arenadakı nüfuzu və mövqeyi durmadan yüksəlir.

Əhalinin yaşayış səviyyəsini ardıcıl surətdə yüksəltməyə xidmət edən genişmiqyaslı islahatlarınız, ölkə miqyasında aparılan böyük quruculuq işləri, xüsusilə də yeni, gözəl şəhərlərin salınması və müasir infrastruktur obyektlərinin inşası bizi əsl qardaş kimi sonsuz dərəcədə sevindirir.

Son illər ərzində birgə həyata keçirdiyimiz sistemli fəaliyyətlər nəticəsində ortaq tarix, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanan əlaqələrimiz dövlətlərarası münasibətlərin yüksək zirvəsi - ittifaq səviyyəsinə yüksəldi.

Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizinlə keçirdiyimiz danışıqlar zamanı əldə olunan əhəmiyyətli razılaşmalar və böyük layihələr, qəbul edilmiş “yol xəritələri”nin tam şəkildə reallaşması strateji tərəfdaşlığımıza yeni təkan, xalqlarımızın ümumi rifahına böyük töhfə verəcəkdir.

Xüsusilə, razılaşdığımız kimi, əməkdaşlığımızı kimya, neft-qaz, dağ-mədən, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, farmasevtika, tikinti materialları və bank-maliyyə sahələrində genişləndirərək on yeni istiqamət üzrə sürətlə inkişaf etdirməyə yönəlmiş böyük planlarımızın tam həyata keçəcəyinə inanıram.

Fürsətdən istifadə edərək, ölkənizin həyatındakı bu əlamətdar tarix münasibətilə bir daha təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətənin inkişafı yolundakı şərəfli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və davamlı tərəqqi arzu edirəm".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib
Siyasət 00:10
Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb
Siyasət 22:35
Prezidentin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
Siyasət 20:18
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
Əli Əsədov Misir Senatının sədri ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Misir Senatının sədri ilə görüşüb
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Siyasət 18:30
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:15
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Laçında Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - Yenilənib
Siyasət 18:03
Laçında Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - Yenilənib
Milli Məclisin sonuncu iclası mayın 30-da keçiriləcək
Siyasət 16:53
Milli Məclisin sonuncu iclası mayın 30-da keçiriləcək
Rusiya Qarabağı könüllü tərk edən erməni vətəndaşlara yardım göndərməyə hazırlaşır - Zaxarova
Siyasət 15:33
Rusiya Qarabağı könüllü tərk edən erməni vətəndaşlara yardım göndərməyə hazırlaşır - Zaxarova
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol