• $ 1.7
  • € 1.94
  • ₽ 0.021375
  • ₺ 0.0436
  • £ 2.3093

Rusiya Qarabağı könüllü tərk edən erməni vətəndaşlara yardım göndərməyə hazırlaşır - Zaxarova

Rusiya Qarabağı könüllü tərk edən erməni vətəndaşlara yardım göndərməyə hazırlaşır - Zaxarova
27.05.2025 15:33

Rusiya yaxın zamanlarda Qarabağdan könüllü gedən erməniəsilli vətəndaşlara humanitar yardım göndərəcək. Bunu Rusiyanın xarici işlər nazirinin sözçüsü Maria Zaxarova deyib. 

" Əlbəttə ki , bu humanitar məsələ Rusiya tərəfinin diqqət mərkəzindədir və yaxın gələcəkdə yerli ictimai təşkilatlardan biri olan Rusiya Humanitar Missiyası vasitəsilə yeni , kifayət qədər böyük humanitar kampaniyanın keçirilməsi planlaşdırılır", - o bildirib. 

Deputat Elman Nəsirov hesab edir ki, Rusiyanın Qarabağdan könüllü gedən erməniəsilli vətəndaşlara humanitar yardım göndərməsi narahatlıq yaradan məsələ deyil. 

"Rusiya Qarabağı könüllü tərk edən erməniəsilli vətəndaşlara humanitar yardım göndərəcəyini açıqlayıb. Bu onların daxili işidir. Özləri bilər. Rusiya Ermənistana silah göndərərsə bu bizi narahat edə bilər. Daha əvvəl Rusiya belə bir addım atıb. Bu günlərdə Lavrovun Ermənistana səfəri zamanı həmin ölkəyə silah göndərilməsi bir daha təsdiqlənib. Ermənistana bir neçə ölkə hazırda silah göndərir. Bu isə sülh üçün əngəllər yaradır. Biz yalnız silah göndərilməsinin əlehinəyik", deputat anews.az-a açıqlamasında bildirib. 

Rusiya 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra Ermənistanda yaşayan və Qarabağı könüllü tərk edən vətəndaşlara 6 tonluq humanitar yardım göndərib. 

 

Gülnar Nazimqızı 

 

 

 

Maria Zaxarova bəyan edib ki, ölkəsi Qarabağdan könüllü getmiş ermənilərə növbəti humanitar yardım pay göndərəcək. Antiterror əməliyyatından dərhal sonra Rusiya belə bir addım atıb. Özləri bilərlər. Bu onların daxili işidir. Bircə silahlı yardım göstərməsin. Lavrov bugünlərdə Ermənistana silah yardımı göstərməsini bir daha təsdiq edib. Ermənistana bir neçə ölkəə məqsədli şəkildə silah verir. Ermənistan silahlandırılsa sülhün olması mümkünsüz olacaq.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib
Siyasət 00:10
Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb
Siyasət 22:35
Prezidentin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
Siyasət 20:18
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
Əli Əsədov Misir Senatının sədri ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Misir Senatının sədri ilə görüşüb
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Siyasət 18:30
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:15
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Laçında Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - Yenilənib
Siyasət 18:03
Laçında Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - Yenilənib
Milli Məclisin sonuncu iclası mayın 30-da keçiriləcək
Siyasət 16:53
Milli Məclisin sonuncu iclası mayın 30-da keçiriləcək
Rusiya Qarabağı könüllü tərk edən erməni vətəndaşlara yardım göndərməyə hazırlaşır - Zaxarova
Siyasət 15:33
Rusiya Qarabağı könüllü tərk edən erməni vətəndaşlara yardım göndərməyə hazırlaşır - Zaxarova
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol