Azərbaycan ordusunu Ermənistan tərəfə heç bir atəş açmayıb - Rəsmi

Azərbaycan ordusunun Ermənistan yaşayış məntəqlərini atəşə tutması xəbərləri doğru deyil. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Bu gün Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Azərbaycan ordusunu Ermənistan tərəfinə atəş açıb və nəticədə yaşayış evlərinə ziyan dəyib.
"Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır", - Müdafi Nazirliyindən bildirllib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 