• $ 1.7
  • € 1.9122
  • ₽ 0.02128
  • ₺ 0.0435
  • £ 2.2849

Prezident Stiv Deynsi qəbul edib - Yenilənib

Prezident Stiv Deynsi qəbul edib - Yenilənib
29.05.2025 13:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib.

Senator, ilk növbədə, Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu dedi. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğuladı və buna görə də ayrıca minnətdarlığını bildirib.

Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğuladı. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxunub.

Dövlətimizin başçısı Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə görə təşəkkürünü bildirərək, ABŞ Prezidenti Donald Trampın bu xüsusda göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirildiyini vurğuladı. Prezident İlham Əliyev dedi ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlətimizin başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.

Görüşdə Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrildiyi, Orta Dəhlizin inkişafında oynadığı mühüm rolu bir daha qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

11:56

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
Siyasət 20:10
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
İlham Əliyev BƏƏ liderinə zəng edib
Siyasət 19:19
İlham Əliyev BƏƏ liderinə zəng edib
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Siyasət 14:31
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Siyasət 13:53
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Siyasət 13:49
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad edilir
Siyasət 13:07
Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad edilir
Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb- MN
Siyasət 12:36
Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb- MN
İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
Siyasət 12:27
İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
Yaz sessiyasının sonuncu iclası başlayıb
Siyasət 11:03
Yaz sessiyasının sonuncu iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol