• $ 1.7
  • € 1.9425
  • ₽ 0.021533
  • ₺ 0.0434
  • £ 2.2992

Tramp Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib

Tramp Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib
03.06.2025 06:52

ABŞ Azərbaycanla tərəfdaşlığı və ölkənin regional enerji sabitliyinə verdiyi töhfəni yüksək qiymətləndirir və Bakı ilə əməkdaşlığın davam etdirilməsinə ümid edir. Bu fikirləri ABŞ prezidenti Donald Tramp Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Müraciəti ABŞ Dövlət Departamentinin baş müşaviri Vayatt Telke səsləndirib. Mətn Azərbaycan prezidentinin rəsmi saytında dərc olunub.

Tramp vurğulayıb ki, son 30 ildə Azərbaycan regionun enerji sektorunda liderlik nümayiş etdirib və qlobal enerji təhlükəsizliyinə sadiqliyini göstərib.

“Ölkələrimiz karbohidrogen sahəsində son dərəcə məhsuldar tərəfdaşlıq qurub. Təbii qazın qarşıdakı onilliklərdə artan dünya enerji tələbatının ödənilməsində mühüm rol oynayacağı barədə ortaq fikirdəyik. Hər bir ölkənin öz resurslarından firavanlığı üçün istifadə etmək hüququnu dəstəkləyirik. ABŞ Azərbaycanla tərəfdaşlığı və bu tərəfdaşlığı mümkün edən regional enerji sabitliyini yüksək qiymətləndirir. Mən bu vacib sahədə əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm. Birgə səylərimizlə daha böyük enerji müstəqilliyinə, dayanıqlı inkişaf və iqtisadi artıma nail ola bilərik,” — ABŞ prezidenti qeyd edib.

Öz növbəsində, Telke Vaşinqton və Bakının onilliklərdir enerji sektorunda möhkəm tərəfdaşlıq münasibətləri saxladığını bildirib.

“Keçən il 'Əsrin müqaviləsi'nin imzalanmasının 30 illiyini qeyd etdik. Bu müqavilə ikitərəfli enerji əlaqələrimizin möhkəm təməlini qoydu. 'Əsrin müqaviləsi'ndən Cənub Qaz Dəhlizinə qədər Azərbaycan liderlik və uzaqgörənlik nümayiş etdirərək regionda və ondan kənarda enerji təhlükəsizliyinin əsas dayağına çevrildi. Biz Azərbaycanın enerji bolluğu potensialının reallaşdırılması və gələcək enerji təhlükəsizliyimizin təmin edilməsi istiqamətində əməkdaşlığımızın davamını gözləyirik,” — Dövlət Departamentinin rəsmisi əlavə edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Siyasət 21:47
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşüb
Siyasət 19:46
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşüb
Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
Siyasət 19:27
Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 15:33
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir
Siyasət 14:53
Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir
ABŞ-Azərbaycan münasibətlərinə nə mane olur? - səfir danışdı
Siyasət 08:03
ABŞ-Azərbaycan münasibətlərinə nə mane olur? - səfir danışdı
Netanyahu İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət 23:13
Netanyahu İlham Əliyevə təbrik ünvanlayıb
Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşüb
Siyasət 20:10
Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşüb
Qətər Əmiri İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət 19:30
Qətər Əmiri İlham Əliyevə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol