Sahibə Qafarova TBMM-in sədrini təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Milli Məclisin sədri Numan Kurtulmuşu yenidən yüksək vəzifəyə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edib,ona ən xoş arzularını çatdırıb.
Məktubda bildirilib ki, qardaş xalqların ortaq milli-mənəvi dəyərlərinə əsaslanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsi məmnunluq doğurur,övlətlərarası münasibətlər "Bir millət iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə dinamik şəkildə inkişaf edir.
Həmin gün, parlamentin sədri Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı olub.
Qafarova TBMM-in sədrini bir daha təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib.