• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
04.06.2025 21:47

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İran Prezidenti İlham Əliyevi, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.

Prezident İlham Əliyev də öz növbəsində İran Prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.

Məsud Pezeşkian Azərbaycana rəsmi səfərini, səfər çərçivəsində dövlət başçısı ilə keçirdiyi görüşləri və aparılan müzakirələri məmnunluqla xatırlayıb.

Telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Pezeşkianın Azərbaycana rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlar arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələr arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Siyasət 08:39
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım
Siyasət 00:08
Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım
Azərbaycan yenidən BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
Siyasət 22:17
Azərbaycan yenidən BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
Monteneqro lideri Azərbaycan Prezidentini təbrik edib
Siyasət 20:18
Monteneqro lideri Azərbaycan Prezidentini təbrik edib
Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər müzakirə olunub
Siyasət 19:30
Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər müzakirə olunub
WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Siyasət 15:49
WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Siyasət 21:47
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşüb
Siyasət 19:46
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşüb
Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
Siyasət 19:27
Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol