• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Ermənistanın hava gücü xəyaldır

Ermənistanın hava gücü xəyaldır
10.06.2025 08:43

Pakistan hökuməti Azərbaycan Hərbi Hava Qüvvələri üçün əlavə 24 ədəd JF-17 Thunder Block III qırıcı təyyarəsinin satışını rəsmən təsdiqləyib. Beləliklə, Azərbaycanın sifariş etdiyi bu tip təyyarələrin ümumi sayı 40-a çatıb. Müqavilənin ümumi dəyəri 4,6 milyard dollar təşkil edir. İlk partiyanın 2025-ci ilin sonunadək Bakıya çatdırılması planlaşdırılır.

“Forbes” analitiki Pol İddon hesab edir ki, bu anlaşma Cənubi Qafqazda hərbi hava qüvvələri arasında qüvvələr balansını əsaslı şəkildə dəyişir və Ermənistanda ciddi narahatlığa səbəb olur.

JF-17C Block III müasir radar sistemləri, təkmil naviqasiya, silah idarəetmə və radioelektron müdafiə sistemləri ilə təchiz olunub. Beşinci nəsil təyyarələrdə olduğu kimi "radarda görünməzlik" texnologiyası olmasa da, bu qırıcılar Azərbaycan Hərbi Hava Qüvvələrinin yenilənməsi baxımından həm səmərəliv, həm də iqtisadi baxımdan sərfəlidir.

Ekspert Sem Lixtenşteyn qeyd edir ki, JF-17-nin əsas üstünlüyü onun qiymətidir. Bu təyyarələr qərb və Rusiya analoqları ilə müqayisədə daha ucuzdur və Azərbaycanın Rusiya silah sənayesindən asılılığını azaldır.

Bundan əlavə, JF-17-lər Türkiyə istehsalı silah sistemləri ilə tam uyğunluq təşkil edir ki, bu da Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını daha da möhkəmləndirir.

Bakı, eyni zamanda, MiQ-29 və Su-25 təyyarələrindən də imtina etmir.

Onlar Türkiyə ilə birlikdə modernləşdirilərək qanadlı raketlər SOM ilə silahlandırılıb. 

Ermənistan isə bu fon qarşısında son dərəcə zəif görünür. Ölkə 2019-cu ildə Rusiyadan 4 ədəd Su-30SM təyyarəsi alsa da, onların heç biri  uzaqmənzilli raketlərlə təchiz olunmayıb.

Azərbaycan həm müasir qırıcılar, həm də İsrail və Türkiyə PUA-ları ilə üstünlük qazanarkən, Ermənistan üçün vəziyyət daha da çətinləşir.

Ermənistan hazırda Fransa, Hindistan və İranla hərbi-siyasi əməkdaşlığa ümid edir. Rusiya ilə münasibətləri normallaşdırmağa çalışsa da, Moskva Ermənistanın Fransaya yaxınlaşmasından narazıdır.

Fransa artıq Ermənistana Caesar haubitsalarını göndərib. İndi Rafale təyyarələrinin satışı müzakirə olunur. Amma bu təyyarələrin qiyməti (100-120 milyon dollar) və onların istismarı üçün tələb olunan infrastruktur Ermənistana ağır yükdür.

Ən real variant Hindistanla əməkdaşlıq sayılı. 

Hindistandan Su-30MKI qırıcılarını almaqla Ermənistanın mövcud Su-30SM-lərinin Hindistan silah sistemlərinə uyğunlaşdırmaq olar.  Ermənistan artıq Hindistandan PUA əleyhinə sistemlər, raketlər və RYASO alıb.

Bütün bu səylərə baxmayaraq, analitiklər qeyd edir ki, Ermənistan nə iqtisadi, nə də texnoloji baxımdan Azərbaycanla hərbi paritetə nail ola bilməz.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kanada ilə Azərbaycan arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:00
Kanada ilə Azərbaycan arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Siyasət 18:20
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Baş nazir Özbəkistanda səfərdədir
Siyasət 13:04
Baş nazir Özbəkistanda səfərdədir
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Siyasət 11:56
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Ermənistanın hava gücü xəyaldır
Siyasət 08:43
Ermənistanın hava gücü xəyaldır
Azərbaycan XİN-dən Rusiya prezidentinin köməkçisinə CAVAB
Siyasət 23:24
Azərbaycan XİN-dən Rusiya prezidentinin köməkçisinə CAVAB
Keniya Prezidenti Kamran Əliyevi qəbul edib
Siyasət 18:00
Keniya Prezidenti Kamran Əliyevi qəbul edib
Azərbaycan BMT-nin Okean Konfransında təmsil olunub
Siyasət 14:48
Azərbaycan BMT-nin Okean Konfransında təmsil olunub
Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçirib
Siyasət 15:14
Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol