• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
14.06.2025 15:21

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat paylaşıb.

Danışıq zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

İranın xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib.

Nazir Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb,problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacibliyi diqqətə çatdırılıb.

Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.

İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib.

Münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Siyasət 00:05
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Siyasət 20:24
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
Siyasət 18:37
Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 15:21
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Hikmət Hacıyevdən agent iddialarına - Reaksiya
Siyasət 20:00
Hikmət Hacıyevdən agent iddialarına - Reaksiya
Ceyhun Bayramov Polşanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Siyasət 18:33
Ceyhun Bayramov Polşanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
İran və İsrail münaqişəsinin Azərbaycana təsiri necə olacaq?
Siyasət 17:36
İran və İsrail münaqişəsinin Azərbaycana təsiri necə olacaq?
Azərbaycan müdafiə naziri başsağlığı verib
Siyasət 17:31
Azərbaycan müdafiə naziri başsağlığı verib
Azərbaycan vətəndaşlarının İrəvana düşməsi barədə rəsmi xəbər yoxdur - XİN
Siyasət 16:19
Azərbaycan vətəndaşlarının İrəvana düşməsi barədə rəsmi xəbər yoxdur - XİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol