• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Prezident Fələstinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident Fələstinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
15.06.2025 11:57

Prezident İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Dövlət başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin Azərbaycanda fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirib, xalqlar arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğulayıb. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Azərbaycan Prezidenti bu xüsusda yüksəksəviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxunub.Dövlət başçısı ikitərəfli siyasi əlaqələri qeyd edərək, ölkələr arasında qarşılıqlı dəstəyi və həmrəyliyi vurğulayıb. İlham Əliyev Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirib.Azərbaycanın Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini deyib.

Prezident Fələstinin Azərbaycandakı səfirliyinin uzun müddətdir fəaliyyət göstərməsini məmnunluqla qeyd edərək, bunun üçün Azərbaycan dövlətinin verdiyi dəstəyə toxunub.

Dövlət başçısı Azərbaycanın daim İslam həmrəyliyinin gücləndirilməsinə çalışdığını deyib və bunun İslam Əməkdaşlıq Təşkilatı, onun rəhbər orqanları tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğulayıb.Bu təşkilatın Zirvə görüşünün gələn il Azərbaycanda təşkil ediləcəyini bildirən dövlət başçısı belə mötəbər tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsini bütün müsəlman aləmində bizə olan xoş münasibət kimi qiymətləndirib və Fələstinin də bu toplantıda yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə edib.

Əhməd Metani Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş edib.

Dövlət başçısı Fələstin Prezidentinin Azərbaycana rəsmi səfərini, həmçinin onunla beynəlxalq tədbirlər zamanı görüşlərini məmnunluqla xatırlayıb.

Səfir dövlət başçısının 15 İyun - Milli Qurtuluş Günündə onu qəbul etməsindən böyük şərəf hissi keçirdiyini bildirib. O,Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkənin çətin vəziyyətdən çıxdığını vurğulayıb. “Biz Azərbaycan üçün hər zaman tərəqqi, həmçinin daha yüksək nailiyyətlər və əmin-amanlıq arzu edirik”, - deyən səfir Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və rəhbərliyi nəticəsində ölkənin regionda və dünya səviyyəsində çox mühüm bir dövlətə çevrildiyini qeyd edib.

Söhbət zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstəkdən məmnunluq ifadə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
İlham Əliyev Koreya Respublikasının yeni səfirini qəbul edib
Siyasət 12:17
İlham Əliyev Koreya Respublikasının yeni səfirini qəbul edib
Prezident Fələstinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Siyasət 11:57
Prezident Fələstinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:04
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Siyasət 00:05
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Siyasət 20:24
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
Siyasət 18:37
Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 15:21
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Hikmət Hacıyevdən agent iddialarına - Reaksiya
Siyasət 20:00
Hikmət Hacıyevdən agent iddialarına - Reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol