• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Prezidentlər“Azərbaycan Məhəlləsi”nı açdı

Prezidentlər“Azərbaycan Məhəlləsi”nı açdı
19.06.2025 16:52

Hazırda Türkiyənin Kahramanmaraş şəhərində inşa olunan “Azərbaycan Məhəlləsi”nin rəsmi açılış mərasimi keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edirlər.

Mərasim zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib və layihəyə həsr olunan videoçarx nümayiş etdirilib.

“Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də hər zaman Azərbaycanın yanında olub,” – bunu Prezident İlham Əliyev Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qardaş ölkəyə dəstəyin davamlı və sarsılmaz olduğunu vurğulayıb.

“Bu gün əziz qardaşımla birlikdə Azərbaycan məhəlləsinin açılışında iştirak etməyim bizim dostluğumuzun və birliyimizin bariz nümunəsidir,” – Prezident Əliyev əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində söyləyib ki, Kahramanmaraşda açılan “Azərbaycan məhəlləsi” Türkiyə ilə Azərbaycan arasında tale birliyinin bariz nümunəsidir.

“Biz iki dövlətin bir ürək daşıyan övladlarıyıq”, – o bildirib.

Ərdoğanın sözlərinə görə, zəlzələdən sonra Azərbaycandan göstərilən yardım unudulmayacaq.

“Zəlzələ zamanı ilk yardım edən ölkələrdən biri Azərbaycan oldu. Dağılan bu məhəllə Azərbaycan xalqının və Prezident İlham Əliyevlə Mehriban Əliyevanın dəstəyi ilə yenidən quruldu. Bu dəstəyi hər zaman minnətlə xatırlayacağıq. Kahramanmaraşı hər cəhətdən təmin olunmuş bir yaşayış yerinə çevirmişik”,  - Ərdoğan vurğulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib - Ayxan Hacızadə
Siyasət 20:44
600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib - Ayxan Hacızadə
Aİ missiyasının rəhbəri Azərbaycanla sərhədə gəlib
Siyasət 19:53
Aİ missiyasının rəhbəri Azərbaycanla sərhədə gəlib
Ərdoğan Azərbaycanla bağlı paylaşım edib
Siyasət 18:45
Ərdoğan Azərbaycanla bağlı paylaşım edib
Zaxarova Azərbaycana təşəkkür edib
Siyasət 16:55
Zaxarova Azərbaycana təşəkkür edib
Prezidentlər“Azərbaycan Məhəlləsi”nı açdı
Siyasət 16:52
Prezidentlər“Azərbaycan Məhəlləsi”nı açdı
Prezident İlham Əliyev Türkiyəyə səfər edib
Siyasət 15:57
Prezident İlham Əliyev Türkiyəyə səfər edib
BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
Siyasət 15:31
BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
Naxçıvanda seçkiləri Prezident təyin edəcək
Siyasət 14:01
Naxçıvanda seçkiləri Prezident təyin edəcək
Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər — “Hraparak”
Siyasət 12:22
Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər — “Hraparak”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol