İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.
Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.