• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Tramp Zəngəzur dəhlizi üzrə plan təqdim edib, Rusiya əsəbləşir

Tramp Zəngəzur dəhlizi üzrə plan təqdim edib, Rusiya əsəbləşir
03.07.2025 08:59

ABŞ-ın Karnegi Fondunun Cənubi Qafqaz üzrə eksperti Olesya Vartanyan diplomatik mənbələrə istinadən bildirib ki, sabiq prezident Donald Trampın administrasiyası Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi üzrə razılaşma əldə etmək məqsədilə hər iki paytaxta xüsusi plan təqdim edib.

Ekspertin fikrincə, Ermənistan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına ciddi maraq göstərir.

Baş nazir Nikol Paşinyanın Türkiyəyə ilk rəsmi səfəri və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü bu istiqamətdə atılan simvolik addım kimi qiymətləndirilir.

Paşinyan Dolmabaxça sarayında qəbul olunub. Bu tarixi bina son illər Qara dəniz və Yaxın Şərq regionlarında sülh təşəbbüslərinin əsas müzakirə məkanına çevrilib.

Vartanyan qeyd edir ki, Ermənistanın uzun illər Türkiyə ilə birbaşa dialoqa girməyib və  Ankaranın danışıqlardan kənar saxlamaq siyasəti 2020-ci ilin 44 günlük müharibəsi zamanı strateji səhv kimi qiymətləndirilməlidir.

"Həmin dövrdə Ankara tam şəkildə Azərbaycanın tərəfində mövqe tutdu və bu, Ermənistanın geosiyasi cəhətdən təcrid olunmasına səbəb oldu",  -  ekspert bildirib.

Buna cavab olaraq Ermənistan Türkiyə ilə münasibətləri bərpa etməyə çalışır. Rəsmi İrəvan hətta "soyqırım" iddialarını gündəmdən çıxarmağa hazır olduğunu bildirib.

Bununla belə, konkret nəticələr əldə olunmayıb: sərhədlər bağlı qalır, diplomatik əlaqələr qurulmayıb. Türkiyə isə müsbət addımlar üçün Bakı ilə sülh sazişinin imzalanmasını şərt kimi irəli sürür. Ankara, xüsusilə Ermənistan Konstitusiyasının preambulasından keçmiş Dağlıq Qarabağa dair iddiaların çıxarılmasında israrlıdır. Ermənistan isə bu dəyişikliklərin yalnız referendum yolu ilə mümkün olduğunu bildirir.

Ekspert yazır ki, Azərbaycan bu məsələdə tələsmir və referendumun keçirilməsi üçün lazım olan 1-2 il gözləməyi məqsədəuyğun hesab edir.

Türkiyə də bu mövqeyə anlayışla yanaşır. Lakin bu müddət ərzində regionda hərbi eskalasiya riski də qalır.

Vartanyan bildirib ki, Azərbaycan bu gün hərbi texnika və coğrafi üstünlüyə sahibdir. Qarabağ müharibəsində əldə etdiyi yüksəkliklər Ermənistan daxilində mühüm strateji mövqeləri nəzarətdə saxlamağa imkan verir.

Bu isə yeni münaqişə halında Ermənistan ərazisinin tez bir zamanda iki yerə bölünməsi riskini artırır.

ABŞ-ın planı isə məhz bu gərginliyi aradan qaldırmaq məqsədi daşıyır.

Vartanyanın məlumatına görə, Tramp administrasiyası Avropa İttifaqının əvvəllər irəli sürdüyü modeli əsas götürərək, beynəlxalq nəzarətli dəhliz ideyasını gündəmə gətirib.

Fərqli olaraq, ABŞ bu dəhlizin təhlükəsizliyi və iqtisadi davamlılığını özəl amerikalı şirkətlər vasitəsilə təmin etməyi təklif edir. Bu  Ukraynada nadir metallar üzrə razılaşmalarını xatırladır. 

Bununla yanaşı, ABŞ tərəfi Ermənistanın bütün dəhlizə suveren nəzarətini aradan qaldırmaq üçün onu beynəlxalq idarəyə verilməsini, məsələn, İsveçrə və ya neytral ölkə şirkətinə təhvil verilməsini dəstəkləyir.

Bu model 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstandan keçən yük daşımalarında istifadə olunub.

Ermənistan bu təklifə ehtiyatla yanaşır. Bakı isə əmin olmaq istəyir ki, Ermənistan hökuməti dəyişərsə, yeni rəhbərlik də razılaşmanı ləğv etməyəcək.

Bunu təmin etmək üçün Azərbaycan dəhlizlə bağlı sabit işlək mexanizmin, hüquqi və maliyyə təminatlarının beynəlxalq səviyyədə təsbit olunmasını tələb edir.

Olesya Vartanyanın sözlərinə görə, hazırda danışıqlar erkən mərhələdədir. Lakin ABŞ diplomatiyası danışıqlara yeni dinamika qazandırmaq istəyir.

"İki yüksək səviyyəli diplomatdan eşitdiyimə görə, Tramp administrasiyası real sülh təşəbbüsü irəli sürüb. Biri hətta zarafatla dedi ki, Tramp bu təşəbbüsə görə Nobel Sülh Mükafatına layiq görülə bilər", –  Vartanyan qeyd edib.

Bu arada, Rusiya tərəfi Qərbi tənqid edərək bildirib ki, ABŞ və Aİ bölgədən Moskvanı sıxışdırmağa çalışır.

Rusiya XİN-in yüksək vəzifəli rəsmisi Dmitri Masyuk deyib ki, Qərbin məqsədi Ermənistan-Azərbaycan normallaşmasını Rusiyanın iştirakı olmadan reallaşdırmaqdır.

Moskva isə yalnız 2020–2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar çərçivəsində davamlı sülhü mümkün hesab edir.

Bütün bu proseslər fonunda Vaşinqtonun təşəbbüsü – xüsusilə Zəngəzur dəhlizində ABŞ iqtisadi maraqlarının təmin edilməsi ilə bağlı ideya – bölgədə diplomatik çəkini dəyişə və tərəfləri kompromisə yaxınlaşdıra bilər. 

Bəzi ekspertlər hətta son günlər Rusiya-Azərbaycan münasibətlərinin korlanmasının kökündə bu məsələnin durduğunu bildirir. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Siyasət 17:09
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 14:28
Prezidentdən yeni təyinat - Sərəncam
PrezidentAzərbaycanla Çin arasında bu müqaviləni təsdiq edib
Siyasət 14:26
PrezidentAzərbaycanla Çin arasında bu müqaviləni təsdiq edib
Prezident Sərdar Ayazı qəbul edib
Siyasət 11:22
Prezident Sərdar Ayazı qəbul edib
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol