Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (OƏT) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfər edib.
Füzuli Beynəlxalq Hava Limanında Prezident Ərdoğanın şərəfinə fəxri qarovul düzülüb. Türkiyə liderini elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Ərdoğanın səfəri OƏT ölkələri arasında regional əməkdaşlığın gücləndiyi bir vaxta təsadüf edir.