• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI
04.07.2025 13:01

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayır.

İştirakçılar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, İran Prezidenti Məsud Pezeşkian, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və digər rəsmi şəxslər var.

 ECO-nun 17-ci Zirvə görüşünün əsas mövzusu “Dayanıqlı və iqlim dəyişikliyinə davamlı bir gələcək naminə yeni İqtisadi Əməkdaşlıq Təşkilatı vizyonu”dur.

Sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat daxilində islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb
Siyasət 08:37
Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol