• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Yaşıl enerji və nəqliyyat dəhlizləri regional əməkdaşlıq üçün əsasdır -Tacikistan Prezidenti

Yaşıl enerji və nəqliyyat dəhlizləri regional əməkdaşlıq üçün əsasdır -Tacikistan Prezidenti
04.07.2025 14:37

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşündə çıxışı zamanı nəqliyyat əlaqələrinin inkişafı, yaşıl enerji və ekoloji dayanıqlığın önəmini vurğulayıb.

“Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərinin birləşdirilməsi üzərində birgə işləməliyik. Multimodal nəqliyyat, sənədlərin rəqəmsallaşdırılması və nəqliyyat maneələrinin aradan qaldırılması beynəlxalq yükdaşımalarda mühüm rol oynayır,” –  Rəhmon bildirib.

Prezident həmçinin KASA-1000 yüksək gərginlikli enerji xəttinin tikintisini və Xucənd–Qatqa dəmir yolu marşrutunun işə düşməsini strateji addım kimi qiymətləndirib. Tacikistan “Ekorem” layihəsində iştirakda maraqlı olduğunu bəyan edib.

“Ölkəmizin enerji ehtiyaclarının 98 faizi bərpa olunan enerji mənbələrindən ödənilir. Bu, regionda yaşıl iqtisadiyyatın inkişafına töhfə verə bilər,” –  dövlət başçısı vurğulayıb.

Rəhmon kənd təsərrüfatında yeni texnologiyaların və klasterlərin tətbiqini, məhsulların logistik daşınma imkanlarının yaradılmasını prioritet sahə adlandırıb.

O, həmçinin dağlıq ölkələrdə təbii fəlakətlər – sel, daşqın və sürüşmələrin iqtisadi təsirlərinə toxunaraq bu risklərin azaldılması üçün İƏT çərçivəsində tədbirlər görülməsinin vacibliyini qeyd edib.

Tacik lider buzlaqların qorunması və içməli su ehtiyatlarının mühafizəsini regional təhlükəsizlik məsələsi adlandırıb. Rəhmon çıxışında həmçinin İranda gedən müharibəni pisləyib və Yaxın Şərqdə davamlı sülhün qurulmasına çağırış edib. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Siyasət 10:40
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol