• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Təmiz enerji, sıfır tullantı və 100 milyardlıq investisiya ilə İƏT daha güclü olacaq - Ərdoğan

Təmiz enerji, sıfır tullantı və 100 milyardlıq investisiya ilə İƏT daha güclü olacaq - Ərdoğan
04.07.2025 15:15

 Türkiyədə qəbul edilən yeni iqlim qanunu və “Sıfır tullantı” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində iqlimlə mübarizə səylərinə əlavə güc verir. Bu barədə Ərdoğan İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

“Bu münasibətlə qeyd etmək istəyirəm ki, Azərbaycanda qurulacaq təmiz enerji mərkəzləri artıq son mərhələdədir. İƏT-in əsas hədəfi iqtisadi və ticarət əməkdaşlığıdır. Bu çərçivədə 100 milyard dollarlıq investisiya həddini artırmalıyıq,” –  Türkiyə lideri vurğulayıb.

Ərdoğan, təşkilatın 2030-cu ilə qədər strateji məqsədlərinin reallaşdırılması üçün üzv dövlətlərin uzunmüddətli və səmərəli əməkdaşlıq qurmalı olduqlarını bildirib. O, həmçinin İƏT-in strukturuna daxil olan qurumlarda da islahatların aparılmasının vacibliyini qeyd edib.

Türkiyə Prezidenti çıxışında Yaxın Şərqdəki vəziyyətə də toxunub. “İsrailin mövcud rəhbərliyi altında həyata keçirdiyi siyasət bölgəmizin sülh və sabitliyini təhdid edir.

Qəzzada baş verən məzalimin bir dəqiqə belə davam etməməsi üçün hamımız daha çox çalışmalıyıq,” – d Ərdoğan bildirib.

O, İsrailin Suriya və İrana hücumları ilə yanaşı, Fələstin xalqını diz çökdürməyə çalışdığını, bunun isə bölgəni qan gölünə çevirə biləcəyini qeyd edib.

“Biz Netanyahunun bölgəmizi məhv etməsinə səssiz qala bilmərik",  -  /rdoğan bildirib.

Ərdoğan, Suriyada xalqın uzun illər apardığı mübarizənin nəticəsində yaranan yeni situasiyanı “ümid işığı” kimi qiymətləndirib və Əfqanıstanda xalqın dirçəlməsinə inandıqlarını bildirib.

O, son dövrlərdə baş vermiş hücumlarla bağlı Pakistan xalqına başsağlığı verib.

Türkiyə Prezidenti çıxışında həmçinin Kipr türklərinə dəstəyini bir daha ifadə edib və İƏT üzv dövlətlərini bu istiqamətdə əlaqələri gücləndirməyə çağırıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Siyasət 10:40
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox