• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib

Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
10.07.2025 10:16

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ayaz Səfərov barəsində çıxarılan həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib.

Sverdlovsk vilayət məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minib.

Məhkəmədən bildirilib ki, Ayaz Səfərov həbsdə qalacaq.

Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsinin 29 iyun 2025-ci il tarixli qərarı ilə Səfərov Ayaz Möhbalı oğlu barəsində 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq orqanları Səfərovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 maddəsi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş qətl”) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham ediblər.

İyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində iki nəfər-Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, 8 nəfər-Məzahir, Ayaz, Akif, Kamal, Bakir Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlər iştirak ittihamı irəli sürülüb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Siyasət 10:40
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol