III Şuşa Qlobal Media Forumu başlayıb - Canlı -Yenilənib

Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
16:14
Bu gün Şuşada “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Qlobal Media Forumu öz işinə başlayır.
Üç gün davam edəcək tədbirə 52 ölkədən 140-a yaxın xarici qonaq qatılıb.
Onlar arasında 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat, 80-ə yaxın media qurumu və digər əlaqəli təşkilatların nümayəndələri yer alır.
Forumun iştirakçıları sırasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycan rəsmiləri, ekspertlər və yerli jurnalistlər də təmsil olunur.
Forum açılış mərasimindən sonra tematik sessiyalarla davam edəcək. Proqram çərçivəsində iştirakçıların Ağdam və Laçına səfərləri də planlaşdırılıb.