• $
  • £

Əliyev: Azərbaycanın müstəqil siyasəti bəzi Qərb dairələrini narahat edir

Əliyev: Azərbaycanın müstəqil siyasəti bəzi Qərb dairələrini narahat edir
19.07.2025 18:40

Qərb mediasında Azərbaycan əleyhinə aparılan kampaniyalar məqsədli xarakter daşıyıb və bu prosesin arxasında siyasi motivlər dayanıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Avropa siyasi dairələrinin bəzi hissələrində Azərbaycanı hədəfə almaq, ölkəmiz barədə dezinformasiya yaymaq və saxta təsəvvür formalaşdırmaq cəhdləri müşahidə olunur. Bu tendensiyanın əsas səbəblərindən biri ABŞ-da xüsusilə fəal olan, yaxşı təşkilatlanmış erməni lobbiçiliyidir,” –  dövlət başçısı vurğulayıb.

Əliyev bildirib ki, bəzi Qərb media qurumları, o cümlədən Almaniya və ABŞ-da fəaliyyət göstərən aparıcı nəşrlər, həmin lobbi şəbəkəsinin təsiri altındadır.

“Azərbaycan anti-Azərbaycan ritorikasının koordinasiyalı şəkildə yayılmasının bir neçə nümunəsi ilə üzləşib. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı məqsədli media kampaniyası təşkil olundu. Sonuncu belə hal isə 29 oktyabrda yaşandı — eyni gündə ‘Washington Post’, ‘New York Times’, ‘Newsweek’ və ‘Le Monde’ daxil olmaqla bir çox Qərb nəşrində 7-10 tənqidi material dərc edildi,” –  Əliyev əlavə edib.


Prezident qeyd edib ki, bu cür hücumların əsas səbəbi Azərbaycanın müstəqil siyasət yürütməsidir.

“Biz xarici göstərişlərlə hərəkət etmirik, təlimat qəbul etmirik. Bu isə bəzi dairələrdə narahatlıq doğurur. Əgər biz onların tövsiyələrinə əməl etsəydik, ərazi bütövlüyümüzü bərpa edə bilməzdik,” –  o bildirib.

Dövlət başçısı ölkənin iqtisadi göstəricilərini də diqqətə çatdırıb.

“Xarici borcumuz ÜDM-in cəmi 6.9 faizini təşkil edir. Bizi tənqid edən ölkələrin bir çoxunda bu göstərici 100 faizdən artıqdır. Kasıblıq səviyyəsini 49 faizdən 5 faizə endirmişik",- Prezident bildirib.

Əliyev vurğulayıb ki, Azərbaycan heç bir ölkəyə öz dəyərlərini diktə etmir və qarşılıqlı hörmət əsasında münasibətlər qurmaqda maraqlıdır.

“Biz sizə kimlə evlənəcəyinizi, nə yeyəcəyinizi, necə davranacağınızı demirik. Eyni yanaşmanı biz də gözləyirik. Bu bizim torpağımızdır, bu bizim dövlətimizdir. Qərarlarımızı təzyiq qrupu deyil, peşəkarlar verir,” –  o bildirib.

Prezident əlavə edib ki, Avropada ictimai rəyi dəyişdirməyə yönəlmiş səylərini məhdudlaşdırıblar. 

“Bunun əvəzinə, hər il 50-dən çox ölkədən jurnalistləri və media liderlərini ölkəmizə dəvət edirik. Bu kimi tədbirlər həqiqətin yayılmasına real töhfə verir,” –  Əliyev çıxışını yekunlaşdırıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Litvanın Baş nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Litvanın Baş nazirini qəbul edib
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
Siyasət 11:27
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır
Siyasət 11:04
Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol