Prezident tələbə və doktorantların təqaüdlərinin artırılması barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev doktorantura, ali, orta ixtisas və peşə təhsili pillələrində təhsil alan tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncam imzalayıb. Yeni təqaüd məbləğləri 2025-ci il sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.
Prezidentin sərəncamına əsasən, təqaüdlər aşağıdakı kimi müəyyən edilib:
Doktorantura səviyyəsi üzrə
Elmlər doktoru hazırlığı üzrə – 450 manat
Fəlsəfə doktoru hazırlığı üzrə – 300 manat
Magistratura səviyyəsi üzrə
Akademik göstəricisi 91–100 bal: 240 manat
71–90 bal: 180 manat
51–70 bal: 120 manat
Bakalavriat səviyyəsi üzrə (əsas ali tibb təhsili daxil olmaqla)
91–100 bal: 200 manat
71–90 bal: 160 manat
51–70 bal: 110 manat
Orta ixtisas təhsili üzrə
91–100 bal: 110 manat
71–90 bal: 90 manat
51–70 bal: 70 manat
Peşə təhsili üzrə (yüksək texniki peşə təhsili daxil olmaqla)
Qiymət “5” və ya 91–100 bal: 110 manat
Qiymət “4” və “5” və ya 71–90 bal: 90 manat
Qiymət “3”–“5” və ya 51–70 bal: 70 manat
Yeni qərar ali təhsilin keyfiyyətini təşviq etmək və tələbələrin sosial rifahını artırmaq məqsədi daşıyır.