Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb

Gürcüstanın Daxili İşlər Nazirliyi son günlər ərzində 36 əcnəbinin ölkədən deportasiya edildiyini bildirib. Onlar arasında Azərbaycan, Rusiya, Türkiyə, İran və Çin vətəndaşları da var.
Deportasiya olunanların ölkəyə yenidən girişinə qadağa qoyulub.
Rəsmi məlumata görə, təkcə iyulda 115, 2025-ci ilin əvvəlindən isə ümumilikdə 640 əcnəbi ölkədən çıxarılıb — bu, ötən ilin eyni dövrü ilə müqayisədə 233% artım deməkdir.
Nazirlik qeyd edib ki, həmin şəxslər Gürcüstanda qanunsuz şəkildə yaşayırdılar. Deportasiyaya DİN-in Miqrasiya Departamenti cavabdehdir.
Gürcüstanda miqrasiya qaydalarına nəzarət bu ilin əvvəlindən sərtləşdirilib.
Bu, daxili siyasi gərginlik və xarici vətəndaşlara münasibətdə diskriminasiya ittihamlarının fonunda baş verir.
N.Təbrizli