• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?

Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
31.07.2025 10:04

Ermənistandakı Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası yenidən şayiələr və ziddiyyətli məlumatların mərkəzinə çevrilib. Moskva ilə Bakı arasında artan gərginlik fonunda Ukrayna hərbi kəşfiyyatının (GUR) Rusiyanın Cənub Hərbi Dairəsi komandanlığına aid əlavə qüvvələrin bölgəyə göndərilməsinə dair gizli əmri yayması bu bazaya diqqəti artırıb.

Əmrdə xüsusilə qeyd olunur ki, 102-ci bazada xidmət etmək üçün Rusiyanın cənub bölgələrindən və Şimali Qafqaz respublikalarından muzdlular cəlb olunur.

Moskva ilə İrəvan arasında münasibətlər gərgin olaraq qalır. Bu fonda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında keçirilən birbaşa danışıqlar və ABŞ-ın təklif etdiyi Zəngəzur dəhlizi planı da müzakirə edilir.

102-ci bazanın gücləndirilməsi barədə əmrin yayılması isə Moskvanın Cənubi Qafqazda yeni eskalasiyaya hazırlaşdığı barədə ehtimalları gücləndirib.

Ukraynanın yaydığı sənəddən sonra Ermənistanda Rusiya meylli dairələrlə əlaqəli olan “Qraparak” qəzeti yazıb ki, 102-ci bazaya ağır silahlar və hərbi texnika göndərilir. Nəşrin iddiasına görə, Rusiya hərbi-nəqliyyat təyyarələri hər gün Gümrüdən cəmi 5 kilometr aralıda yerləşən Şirak hava limanına enir, yüzlərlə tank, zirehli texnika və sursat boşaldılaraq 102-ci bazaya daşınır.

Ermənistan hökumətindən, Müdafiə Nazirliyindən və ya Rusiyadan bu iddialarla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Lakin hökumətə yaxın “Baqramyan 26” adlı Telegram kanalı “Qraparak”ı yalan xəbər yaymaqda ittiham edib. Qeyd etmək lazımdır ki, Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi iddia edilən erməni bloqer Mika Badalyan da “yüzlərlə tankın” bazaya göndərilməsi barədə xəbərləri təkzib edib.

Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti yazır ki, Gümrüdəki bazanın gücləndirilməsi barədə şayiələrin mənbəyi Ukrayna hərbi kəşfiyyatıdır və bu narrativ hələ iyulun əvvəlindən yayılmağa başlanıb.

Yeni texnika və silahların çatdırılmasına dair hələlik sübutlar olmasa da, 102-ci baza ətrafında baş verənlər nəyinsə baş verdiyini göstərir.

Ermənistanda hökumətə yaxın mənbələr avqustun 23-də – Ermənistanın Müstəqillik Günündə – Rusiyanın hərbi mövcudluğuna qarşı və KTMT-dən çıxışı dəstəkləyən nümayişlərin keçiriləcəyini elan ediblər.

Aksiya zamanı 102-ci bazanın ölkədən çıxarılması tələblərinin səslənəcəyi gözlənilir.

Xatırladaq ki, martda Gümrü şəhərinin yerli hakimiyyəti – bazanın yerləşdiyi şəhər – Rusiya yönümlü qüvvələrin nəzarətinə keçib.

Cinayətkar keçmişi ilə tanınan və Ermənistanın Rusiya ilə birləşməsini açıq şəkildə müdafiə edən yeni mer Vardan Qukasyan baza rəhbərliyi ilə mütəmadi təmasdadır.

İyunun ortalarında Gümrüdə güclü dolu və leysan yağışından sonra baza komandiri general Aleksandr Bezborodov merin müavini Qaqik Manukyana zəng edərək yardım təklif edib. Manukyan Qukasyanın adından komandirə təşəkkür edib və bu addımı “qarşılıqlı hörmət və tərəfdaşlıq əlaməti” adlandırıb.

O əlavə edib ki, meriya xidmətləri vəziyyəti öz gücü ilə nəzarətə ala bilib, amma lazım gəlsə, baza yardım göstərə bilər.

İyulun 28-də Gümrü Şəhər Bələdiyyəsində Qukasyanın seçilməsinin 100-cü günü münasibətilə mətbuat konfransı keçirilib. Bir gün əvvəl sosial şəbəkələrdə şəhərin musiqili fəvvarəsində sovet dövrünün kriminal mahnısı – “Dola vorovskaya” (“Oğru payı”) səsləndirilən bir video yayılıb.

Baş nazir Nikol Paşinyan hadisəyə ertəsi gün Facebook səhifəsində reaksiya verib

 “Oğru fəvvarə ilə oynamamalı, həbsdə olmalıdır!” – o, Qukasyanın kriminal keçmişinə eyham vurub.

Müxalif dairələrdə Paşinyanın Qukasyanı həbs etdirməyə hazırlaşdığı versiyası irəli sürülüb. Amma Qukasyan mətbuat konfransında insidenti iqtidarın təxribatı kimi qiymətləndirib.

“O ərazidə tez-tez gəzintiyə çıxıram, adətən klassik musiqi səslənir. Ola bilər ki, bu hakerlərin işidir. Bəlkə azərbaycanlı musiqisi də səsləndirə bilərdilər. Dünya Üçüncü Dünya Müharibəsinin astanasındadır, bunlar isə 1980-lərin mahnısını müzakirə edirlər,” –  Qukasyan bildirib.

Rusiya yönümlü bloqerlər, o cümlədən Mika Badalyan dərhal Qukasyanın müdafiəsinə qalxıblar.

Badalyan bildirib ki, Gümrüdəki 102-ci Rusiya bazasına qarşı kampaniya genişlənir və bu kampaniyaya şəxsən Paşinyan da qoşulub.

2022-ci ildən Ermənistan KTMT-də iştirakını dayandırıb. Son günlərdə Paşinyan ölkənin Rusiya rəhbərliyində olan hərbi bloka geri dönməyəcəyini bəyan edib.

Onun fikrincə, Ermənistanın KTMT-dən çıxışı qaçılmazdır. Bununla belə, 102-ci baza məsələsində rəsmi İrəvan hələ də ehtiyatlı mövqe tutur.

Buna baxmayaraq, əgər Moskva mövcud Ermənistan hakimiyyətini devirməyə çalışsa, ekspertlər Paşinyanın baza ilə bağlı mövqeyinin kəskin dəyişə biləcəyini istisna etmirlər.

Növbəti yay üçün planlaşdırılan parlament seçkiləri öncəsi Yerevan Rusiya meylli qüvvələrə qarşı təzyiqləri artırıb. Eyni zamanda, Kremlə yaxın dini institutlara qarşı da hücumlar təşkil olunub. Rusiya-Ermənistan əsilli milyarder və Kreml tərəfdarı Samvel Karapetyan İrəvanda həbs olunub. Silahlı üsyan hazırlığında ittiham olunan bir neçə keşiş və aktivist də saxlanılıb.

Həbsxanadan Karapetyan yeni siyasi hərəkat yaratdığını elan edib.

Məlumata görə, o, yeni formalaşan Rusiya yönlü blokun lideri ola bilər. Bəzi şərhçilər hesab edir ki, 102-ci baza bu planların icrasında əsas rol oynaya bilər.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Siyasət 10:04
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Rusiya Azərbaycana İrandan vətəndaşlarının təxliyəsinə görə təşəkkür edib
Siyasət 18:06
Rusiya Azərbaycana İrandan vətəndaşlarının təxliyəsinə görə təşəkkür edib
Bugün Rusiya və ABŞ prezidentlərinin telefon danışığı gözlənilir
Siyasət 13:33
Bugün Rusiya və ABŞ prezidentlərinin telefon danışığı gözlənilir
Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
Siyasət 13:24
Ermənistan və Azərbaycan İbrahim sazişinə qoşula bilər -Stiv Uitkoff
Tbilisidə üçtərəfli görüş gözlənilir
Siyasət 09:42
Tbilisidə üçtərəfli görüş gözlənilir
Paşinyan sülh sazişi ilə Minsk qrupunun ləğvinə dair sənədi eyni vaxtda imzalamağı təklif edib
Siyasət 12:12
Paşinyan sülh sazişi ilə Minsk qrupunun ləğvinə dair sənədi eyni vaxtda imzalamağı təklif edib
İran prezidentinin Bakıya səfəri gözlənilir- Gözləntilər
Siyasət 13:39
İran prezidentinin Bakıya səfəri gözlənilir- Gözləntilər


Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib
Siyasət 12:00
Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol