Xarici işlər naziri Ceyhun Bayramov, diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı missiyasının rəhbəri Draqana Koyiçi qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı nazir Bayramov Koyiçə Azərbaycanda fəaliyyəti dövründə əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər BQXK-nın ölkədə son 33 illik fəaliyyəti, Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, mina təhlükəsi və itkin düşmüş şəxslərin taleyi kimi məsələləri müzakirə ediblər.
BQXK nümayəndəsi Azərbaycanın təşkilata göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Görüşdə həmçinin missiyanın fəaliyyətinin cari ilin sentyabrında başa çatmasından sonra Cenevrədəki baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
Aytac