Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Tarman Şanmuqaratnamı ölkəsinin müstəqilliyinin 60-cı ildönümü münasibətilə təbrik edib.
Azərbaycan dövlət başçısının məktubunda Sinqapurun son illər ərzində iqtisadiyyat, sənaye, elm və texnologiya sahələrində əldə etdiyi nailiyyətlər vurğulanıb.
“Sinqapur ötən dövrdə böyük yol keçərək dinamik inkişaf edən bir dövlətə çevrilmişdir,” – Əliyev qeyd edib.
O, iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidini ifadə edib.
Prezident Əliyev həmçinin Prezident Şanmuqaratnama və Sinqapur xalqına sülh və rifah arzularını çatdırıb.
Son xəbərlər
Daha çox 