Qarabağ Regional Şəhərsalma İdarəsi Xankəndiyə köçürülür

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət göstərən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşmə yeri dəyişdirilərək Xankəndi şəhəri müəyyən edilib.
Yeni qərara əsasən, İdarə bundan sonra müvəqqəti olaraq həm Xankəndi, həm də Ağdərə inzibati ərazilərində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirəcək.
Hazırkı qərardan öncə Baş İdarənin mərkəzi Bərdə şəhərində yerləşirdi.
Son xəbərlər
Daha çox 